Şagirdlərin sinifdən sinfə, məktəbdən məktəbə yerdəyişmə qaydaları - Valideynlər diqqətli olsunlar

17-09-2018, 14:50           
Şagirdlərin sinifdən sinfə, məktəbdən məktəbə yerdəyişmə qaydaları - Valideynlər diqqətli olsunlar
Bəzən dərs ili başladıqdan sonra valideynlər uşaqlarının sinfini dəyişmək qərarına gəlirlər. Buna müəllimin dərs metodunun qane etməməsi, yaşayış yerinin dəyişməsi kimi faktorlar səbəb ola bilər. Valideynlər düşünürlər ki, dərs ilinin ortasında yerdəyişmə problem yarada bilər. Həmçinin, uşaqların adaptasiya da əsas məsələlərdən biridir.

Teref.az azedu.az-a istinadən sinifdən sinfə yerdəyişmə ilə bağlı qaydaları təqdim edir:

Məktəb daxilində sinifdən sinfə keçirilmə

Bu zaman valideyn direktorun adına ərizə yazmalıdır. Burada yerdəyişmə səbəbi göstərilməlidir. Bunda sonra direktor ərizəyə baxır, əgər həmin sinifdə yer olduğu halda uşağı digər sinfə keçirir.

Məktəbdən məktəbə yerdəyişmə

Övladını digər məktəbə yerləşdirmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət etməlidir. Eyni zamanda, əvvəlki məktəbdən şagirdin oxuduğu və ya bitirdiyi sinif haqqında arayışı, yarım ilin sonudursa,yarımillik, ilin sonudursa, illik, ilin ortasıdırsa keçirilmiş Kiçik SummativQiymətləndirmə nəticələrini göstərən cədvəl də əlavə olunur. Məktəbin direktoru iki iş günü müddətində şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Şagirdin şəxsi işi həmin arayış əsasında yeni təhsil alacağı məktəbə verilir və hər iki məktəb tərəfindən şagirdin yerdəyişməsi əmrləşdirilir.

Şagird XI sinifdə oxuduğu zaman isə Təhsil Nazirliyinə müraciət edilməlidir. Sənədlərə baxıldıqdan sonra şagirdin məktəbdən - məktəbə yerdəyişməsi ilə bağlı məktub gəlir və həmin məktuba əsasən məktəb direktoru məktəbdaxili əmr verir və şagirdin yerdəyişməsi rəsmiləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru