Ağalar Vəliyev necə yalan satıb... - Belə deyirlər...
2-10-2015, 10:23
Azadlıq prospektində yanan binanın təmiri başa çatıb və ortaya ilginc faktlar çıxıb. Məlumat üçün deyək ki, yanan binanın təmiri deputat Ağalar Vəliyevin sədri olduğu "Aqrartikinti" ASC-yə həvalə edilmişdi.
Prezident İlham Əliyev çıxışında təmir işlərinin yüksək səviyyədə aparılması, eyni zamanda mənzillərin məişət avadanlığı və mebellərlə təmin olunmasını tapşırmışdı. Hələ təmir işlərinin ilk günlərində bəlli oldu ki, Ağalar Vəliyev ona tapşırılan işin öhdəsindən gələ bilmir. Hər halda deputatın fəhlələrin maaşını verməməsi ciddi qalmaqala səbəb oldu.
teref.az dia.az-a istinadən xəbər verir ki, evin təmirindən sonra isə bəlli olub ki, prezidentin tapşırıqlarına tam əməl olunmayıb. Sakinlərin sözlərinə görə, mənzillərə verilən mebellərin bəziləri sonradan aparılıb. "Televiziya üçün çəkiliş edildikdən sonra gəlib yığışdırdılar. Bundan başqa bizə soyuducu və televizor da verilməli idi. Amma vermədilər. Təmirə gəlincə isə başdansovdu eləyiblər. Bəzi otaqlarda elektrik şəbəkələri səhv qoyulub, döşəmələr necə gəldi vurulub", - deyə sakinlər bildirib. Beləliklə, aydın olur ki, Ağalar Vəliyev faktiki olaraq prezidenti aldadıb.