Şirvanda imza vərəqlərini icra başçısı yoxlayır? - İDDİ

2-10-2015, 12:58           
Şirvanda imza vərəqlərini icra başçısı yoxlayır? - İDDİ
Seçki günü yaxınlaşdıqca hakimiyyətin seçki həyəcanı da artır və İcra strukturlarının seçki prosesinə müdaxiləsi açıq-aşkar müşahidə olunur.

Belə ki, Müsavat Partiyasının Şirvan şəhər 46 saylı seçki dairəsindən namizədi başqan müavini Elman Fəttahın imza vərəqələri DSK-ya təqdim olunduqdan sonra yoxlama prosesinə İcra Hakimiyyətinin müdaxiləsi barədə məlumat yayılıb.

Arqument.Az xəbər verir ki, bu barədə Müsavat Partiyası Şirvan təşkilatının sədri Əlikram Xurşidov öz "facebook” səhifəsində yazıb. Həmin yazını sizə təqdim edirik:

"Elman Fəttahın imzatoplama kampaniyasını uğurla bitirib imza vərəqələrini 29.09.2015 tarixdə Şirvan şəhər 46 saylı seçki dairəsinə təhvil verdikdən sonra onların yoxlanılması DSK-da deyil, İcra başçısı Mərdan Camalov tərəfindən yoxnalımasının gizlin tərəfləri üzə çıxmaqdadır.

Bu gün Elman bəyin namizədliyinə görə imza vermiş şəxsin mənə etdiyi zəng zamanı imzasının gizlədilməsini xahiş etməsi bunun bariz nümunəsidir.

Bəs onda namizəd Rəfail Cəbrayılova məktəb müəllumləri tərəfindən onların işdən çıxarılmamaları xatirinə imza atanların aqibəti necə olacaq?

Müsavatdan bu qədərmi qorxursunuz? Bunu debatlarınızdab oynunuza almağa icazə veririk. Hakimiyyətin seçkidən qorxması cinayət daşımasının təzahürüdü".

Elman Fəttah onunla əlaqə saxlayan "bastainfo"-nun əməkdaşına bunları deyib: "Şirvan şəhəri İcra hakimiyyətinin başçısı Mərdan Camalovun qardaşı Müdafiə Sənayesi naziri Yavər Camalovun kurasiyasındadır. Şirvanda baş verən bütün qanunsuzluqlar, o cümlədən, seçki prosesinə qanunsuz müdaxilələr Mərkəzi İcra hakimiyyətin tapşırığı ilə nazir Yavər Camalov tərəfindən törədilir.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.