“Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq”

24-09-2018, 16:43           
“Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq”
Qarabağ əlillərinin həyat şəraitinin yaxşılaşdırılması, onlara daim qayğı göstərilməsi, onların sosial-məişət təminatlarının ödənilməsi həmişə gündəlikdə durmalı, cəmiyyətin diqqətində olmalıdır.

Son vaxtlar Qarabağ qazilərinin özlərini yandırması, intihar etməsi ilə bağlı məlumatlar yayılır. Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məsələylə bağlı moderator.az-a açıqlama verib.

“Qarabağ əlilərinin problemləri deyəndə ilk öncə onu vurğulamaq istəyirəm ki bu təbəqənin ən böyük problemi münasibət problemidir. Hara gediriksə 100 probleimin 98-də ögeylik, biganəliklə qarşılaşırsan. Amma elə olmamalıdır. Halbuki, ölkə prezidenti Cənab İlham Əliyev xüsusilə aprel döyüşlərindən sonra, Qarabağ veteranlarına istər maddi, istərsə də mənəvi cəhətdən dəstək olmuşdur. Qarabağ əlilərinin problemiylə getdiyimiz ünvanda xoşagəlməz sifətlərlə qarşılaşırıq. Problemin kökündə bu dayanır. Düzdür, elə problem var ki, həll olunmaya bilər. Səni qarşılyan insanın ilk baxışdan sənə hörmətsizliyi, səviyyəsiz münasibəti səni sındırır. Qarabağ əlilərinin, şəhid ailələrinin, müharibə veteranlarının bir nömrəli problemi ölkədə bu sahəyə aid olan insanlara müəssisə müdirlərinin, idarə rəsinlərinin laqeyd münasibətidir. Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq. Çox acıdır və bizə təsir edir. Ona görə də biz bu məsələni dəfələrlə qaldırmışıq. Cəmiyyətdə bu problemləri dəfələrlə qaldırırıq ki, əlillərə qarşı bu münasibət dəyişməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.