Goranboyda idarə müdiri sakinlərə qənim kəsilib - ŞİKAYƏT
24-09-2018, 20:14

Redaksiyamızın elektron poçtuna Goranboy rayon sakini maraqlı, həm də acınacaqlı bir məktub ünvanlayıb.Məktubda Goran çayının ekoloji cəhətdən çirkləndiyini bildirdi.
Bekə ki,Goranboyda təmizlik işlərinə baxan Mənzil Komunal təsərüfat istehsalat birliyinin müdiri Ağakişiyev Səfil öz üzərinə düşən işi rahatlıqla həyata keçirməyə çalışır.
Azərbaycanın hər bölgəsində olduğu kimi Goranboy rayonunda da sürətli inkaf gedir.Cənab prezidentimiz İlham Əliyevin verdiyi sosial iqtisadi inkişaf proqramına uyğun olaraq göstəriş və sərəncamları Goranboy rayonunda yüksək səviyyədə həyata keçirilir.
Mənzil kommunalı idarəsinin Rayon icra başçısı Nizaməddin Quliyev ölkə başçısının verdiyi tapşırıqları layiqincə yerinə yetirsə də, Goranboy rayon məmurlardan bəziləri bu işlərə mane olmağa çalışır
Bu məmurlardan biri Goranboy rayon Mənzil Kommunal İctimai Birliyinin rəisi Ağakişiyev Səfayildır.Belə ki,Səfayil Ağakişiyev öz işini rahat görmək üçün rayondan çıxan zibilləri məhz Ekoloji cəhətdən qanunvericiliklə düz olmayan Goranboydan axan Goran çayının ətrafına tökdürür.
Rayondan çıxan tullantıları müəyyən yerdə icazəli şəkildə yandırmaq və ya üstünü örtdürmək əvəzinə çay qıraqlarını pis vəziyyətə salıb rayon sakinlərini Ekoloji cəhətdən narahat etməyə müvəffəq olur
Mənbəmiz bildirir ki,bu barədə idarə müdiri Səfayıl Ağakişiyevə rayon sakinləri tərəfindən bunu etməməsi üçün xahiş olunsa da Safayil müəllim bu deyinlərə məhəl qoymayaraq öz işini özünə məxsus davam etdirir.Sakinlərdən Xəbəral.az saytına onu da bildirdilər ki,güya Səfayil müəllimin dediyinə görə bu özbaşnalığı həyata keçirtmək üçün onun əlində Ekologiya Nazirliyinin qanuni sənədi var.Amma inanmırıq ki,Ekologiya Nazirliyi və ya Rayon icra hakimiyyəti bu qanunsuzluğa göz yuma, icazə verə.
İnanırıq ki,Ekologiya Nazirliyi və Goranboy icra hakimiyyəti İdarə müdiri Səfayilin özbaşnalıqlarına son qoyacaq,Goranboy əhalisinin rahat nəfəs alması üçün əllərindən gələn köməkliyi göstərəcəklər.Biz də Xəbəral.az saytı olaraq məsələni kökündən araşdırmaq məqsədi ilə qarşı tərəfin mövqeyini dinləyib dərc etmək üçün Goranboy Rayon Mənzil Kommunal idarəsinin rəisi Səfayil müəllimlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz baş tutmadı, idarə rəisi zəngimizi açmadı.
Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.