“Təəssüf ki, “şirinlik” məsələsi hələ də tam yığışdırılmayıb” - İqbal Babayevdən ETİRAF

25-09-2018, 12:17           
“Təəssüf ki, “şirinlik” məsələsi hələ də tam yığışdırılmayıb” - İqbal Babayevdən ETİRAF
Gömrük orqanları əməkdaşları yüksək maaşla təmin olunub.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlimində çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədr müavini, general-mayor İqbal Babayev deyib.

Onun sözlərinə görə, bu gün nə qədər mübarizə aparılsa da, təəssüf ki, bəzi hallarda “şirinlik” məsələsi hələ də tam yığışdırılmayıb.

"Bunun qarşısını almaq üçün sahibkarlarla iş aparırıq. Bu gün dövlət orqanları içində ən çox maaş alan gömrük orqanlarıdır. Bu da ölkə başçısının gömrük orqanlarına diqqətinin və qayğısının göstəricisidir. İşə qəbul olunanlar gənc, ali təhsilli, Gömrük Məcəlləsini bilən şəxslərdir ki, onları obyektiv və test üsulu ilə işə götürmüşük”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru