Deputatlığa namizəd kompleksdə alver edir

2-10-2015, 15:56           
Deputatlığa namizəd kompleksdə alver edir
Dövlət başçısı İlham Əliyev idmana xüsusi qayğı göstərir. Prezidentin bu sahəyə dəstəyi sayəsində ölkəmiz böyük uğurlara imza atıb. Bunun bariz nümunəsi Avropa Oyunlarıdır.

TİA.AZ xəbər verir ki, son illərdə olimpiya komplekslərinin inşası da idmana dövlət dəstəyinin əsas tərkib hissəsi idi.
İdman Olimpiya Kompleksinə sahib olan rayonlardan biri də Cəlilabaddır. Kompleksin direktoru Cavid Əsgərovun sayəsində isə bu arenada bazar açılıb. Qanunsuz gəlirlərin meydan suladığı həmin məkan haqda məlumatlar yayılıb.
Veteninfo.az xəbər verib ki, kompleksin nəzdində fəaliyyət göstərən "Otel” var. C.Əsgərov isə otelin təyinatdan kənar istifadəsinə göz yumur. Onun yaxınları da bu kompleksə bazar kimi baxır.
Sayt yazıb ki, deputatlığa namizəd olan C.Əsgərovdan şikayətlər kütləvidir. Onun kompleksdə ödənişli əsaslarla istifadəyə imkan yaratması narazılıq doğurur. Seçicilər bazar açan bir namizədə seçkidə səs verməyəcəyini söyləyirlər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru