Dələduzluq edən bələdiyyə sədri hazırda vəzifəsində çalışır - Azərbaycanda

27-09-2018, 20:49           
Dələduzluq edən bələdiyyə sədri hazırda vəzifəsində çalışır - Azərbaycanda
Dələduzluqla məhkum olunan bələdiyyə sədri bəraət almaq üçün Ali Məhkəməyə müraciət edib.
“Ölkə.Az”ın məlumatına görə, Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə cinayət məcəlləsinin 178.2.3-cü maddəsi ilə 3200 manat cərimə cəzasına məhkum edilən Nəcəfov Rəşxan Əkbər oğlunun məhkəmə prosesinə Fərhad Kərimov sədrlik edəcək.
Belə ki, məhkəmənin hökmü ilə Nəcəfov Rəşxan Əkbər oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Ağcabədi rayonunun Avşar kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə tamah niyyəti ilə kənd sakininə qarşı dələduzluq edib. Belə ki, Avşar kənd sakini Mamedov Əsgər Pirxan oğluna 1962,5 manat müqabilində Ağcabədi rayonunun Avşar kəndinin girişində həmin kənd bələdiyyəsinə məxsus torpaq sahəsindən 0,07 hektar həyətyanı torpaq sahəsini ayırıb satacağını söz verib. Bu məqsədlə ilk görüşləri zamanı atası Mamedov Pirxan Əhməd oğlundan 1.570 manat, 392 manatı isə növbəti görüşləri zamanı almışdı. Ancaq vədinə əməl etməmiş və Mamedov Pirxan Əhməd oğlunun etibarından sui-istifadə etmişdi.

Qeyd edək ki, Nəcəfov Rəşxan Əkbər oğlu hazırda da Ağcabədi rayon Avşar kənd bələdiyyəsinin sədri vəzifəsində çalışır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.