Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı (SİYAHI)

30-09-2018, 11:17           
Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı (SİYAHI)
Son 1 ayda ölkədə çay məhsullarının qiyməti bahalaşıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qiymət artımı məhsulların növlərinə görə 20 qəpik-1 manat arasında dəyişib.
S/s Məhsulun adı Əvvəlki qiyməti Hazırkı qiyməti
1. Azərçay 450 q. 7,60 AZN 8,40 AZN
2 Azərçay 100 q. 1,80 AZN 2,00 AZN
3. Beta 100 q. 2,20 AZN 2,40 AZN
4. Beta 225 q. 5,20 AZN 5,80 AZN
5. Beta 450 q. 10 AZN 11 AZN
6. Çempion 100 q. 2,20 AZN 2,40 AZN
7. Çempion 225 q. 5,20 AZN 5,80 AZN
8. Çempion 450 q. 10 AZN 11 AZN
A4 kağız satışı ilə məşğul olan firmalar da mağaza sahiblərinə qiymətin yaxın günlərdə 0,80-1 AZN arası bahalaşacağı barədə xəbərdarlıq ediblər.

Mağaza sahiblərinin sözlərinə görə, "Snickers" və "Bounty" şirniyyatlarının satışı isə dayandırılıb.

Qeyd edək ki, 1 həftə öncə Qida Təhlükəsizliyi Agentliyinin göstərişi ilə satış təsərrüfatı obyektlərində "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo" şirniyyatları, "Banduel" qorox qida məhsullarının satışı qadağan edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru