Ucar rayonundan tam dərəbəylikdir - ŞİKAYƏT/FOTO

8-10-2015, 00:07           

teref.aznun poçtuna Ucar rayonundan prezidentə şikayət daxil olub. teref.az şikayəti sizə təqdim edir!
Ucar rayonu M.Əliyev küçəsi ev 3 sakini Ələkbərov Zakir Xəlil oğlu tərəfindən



Ş İ K A Y Ə T


Bu mənim mətbuat vasitəsi ilə ikinci müraciətimdir ki, edirəm.Xatırlayırsınızsa birinci müraciətimdə " Ucar Yeyinti Məhsulları Kombinatı "-nın sabiq direktoru qonşum, əvvəllər məhkum edilmiş Ələkbərov Şahlar Xəlil oğlunun rayonda etdiyi özbaşınalıqlar, qanunsuzluqlar barədə başda Prezident cənab İlham Əliyev olmaqla aidiyatı orqanlara müraciət etmişdim. Ancaq çox təssüf olsun ki həldə tədbir görülməmişdir.Keçmiş direktor o qədər harınlayıb ki, 29 iyul 2015-ci il tarixdə mənim evimə basqın edib məni ölümlə hədələməsi barədə etdiyim şikayətimin üstü ört-basdır edilib.Bu adamın barəsində tədbir görən yoxdur.Saxta əlillik dərəcəsi , 299 kv.m torpağı zəbt etməsi, iki oğlunun saxta xəstəliklərlə hərbi xidmət keçməməsi və sairə.Hətda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi onun əlillik dərəcəsinin yenidən yoxlanılması üçün tədbir görməkdə aciz qalıb. Belə ki, "Ucar Yeyinti Məhsulları Kombinatı" -nın keçmiş direktoru qonşum əvvəllər məhkum edilmiş Ələkbərov Şahlar Xəlil oğlu və onun həyat yoldaşı İsrayılova İradə Əvəz qızı tam sağlam olsalarda saxtakarlıqla ikinci qrup əlillik dərəcəsi almışdılar ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nairi cənab Səlim Müslümova yazdığım şikayət ərizəm araşdırılması üçün Dövlət Tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin rəisi İlqar Qurbanova göndərilmişdir.Ancaq İlqar Qurbanov bu saxta əlillik dərəcəsi təyin edilmiş sağlam ər və arvadın barəsində heç bir tədbir görmək istəmir.Əgər Ələkbərov Şahlar və həyat yoldaşı İsrayılova İradə Bakı şəhərində müasir tippi aparatlarla müayinə edilərlərsə onlara ikinci qrup əlilliyə görə təyin edilmiş xəsətəliyin mövcud olmadığı tam sağlam olduqları subut olunacaq. Ancaq mənim şikayət ərizəmdən sonra Şahlar Ələkbərov mənimlə dalaşıb bildirdi ki, puluma minnət Bakıya baş idarəyədə pul verib işimi həll edəcəm.Çox təssüf ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənim şikayət ərizəmi özləri icra etmədən Dövlət Tibbi-sosial ekspertiza və reablitasiya xidmətinin rəisi İlqar Qurbanova həvalə etmişdilər. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Nazir cənab Səlim Müslümova müraciət edib xahiş edirəm ki, tam sağlam olan Ələkbərov Şahlar Xəlil oğlunun və həyat yoldaşı İsrayılova İradə Əvəz qızının Bakı şəhərində müasir tibbi aparatlarda obyektiv müayinə edilib onlara saxtakarlıqla verilmiş əlilik dərəcəsinin ləğv eilməsinə göstəriş verəsiniz. Onlar saxtakarlıq yolu ilə dövlətimizə küllü miqdarda ziyan vurublar ki, həmin pullar bu saxtakarlardan alınıb dövlət büdcəsinə verilməlidir.
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.