Nadir İstanbuldakı evini satıb - 300 min qiyməti var idi

7-02-2019, 11:28           
Nadir İstanbuldakı evini satıb - 300 min qiyməti var idi
Müğənni Nadir Qafarzadə Türkiyədəki evini satıb. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə prodüser Tarix Əliyevin (Tolik) “Youtube” layihəsinsə qonaq olarkən danışıb.
N. Qafarzadə bildirib ki, oğlunun təhsili üçün İstanbuldakı mənzilini satıb: “Oğlumun təhsili üçün belə bir addım atdım. İstədim ki, gələcəyi gözəl olsun”.

Bundan əlavə, Nadir 70 min dollara aldığı “Maserati”sinin artıq onda olmadığını söyləyib: “Maşın gözümdən düşmüşdü. Görüntüsü gözəl idi, nəzərlər məndə idi. Hamı maşınıma baxırdı. Qınaqdan qorxdum. Fikirləşdim ki, 70 min dollara maşın almaqdansa, satıb ikiotaqlı ev alaram. Elə də etdim. İstədim ki, övladlarımın gələcəyi olsun”.
Qeyd edək ki, müğənni Türkiyədəki evini 300 min manata aldığını bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.