Hadisə Murad Bozdan danışdı - Utanıram...

10-02-2019, 12:36           
Hadisə Murad Bozdan danışdı - Utanıram...
Türkiyənin məşhur müğənnisi Hadisə həmkarı Murad Bozla aktrisa Əsli Ənvər arasında soyuqluq yaratdığı barədə iddialara sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, istifadəçilərdən birinin İnstaqram hesabında “Bəsdir, daha Muradla Əslinin arasına girmə” şərhinə cavab olaraq Hadisə iddiaların əsassız olduğunu bildirib.

Sənətçi İnstaqramın hekayə bölümündə izləyicisinin ittihamını belə cavablandırıb: “Adını gizlətdiyim kiçik qız, əminəm ananla atan bu mesajını görsə, utanacaq. Sonuncu dəfə yazıram, Murad mənim yaxın dostumdur, Əslimi çox sevirəm. Xəyal qurmayın, uşaqlar. Yetər! Heç kimə nəyisə izah etmək məcburiyyətində deyilik, amma bu tərzdə yazılan mesajları görəndə həqiqətən ağzım açıq qalır, təəccüblə sizin yerinizə utanıram!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru