Türkiyədə bahalı biznesi olan azərbaycanlı müğənnilər - Hotel, qızıl-zinət mağazası, restoran...
13-02-2019, 12:54
Yerli şou nümayəndələri sənətləri ilə yanaşı biznes qurmağa da çox meyillidirlər.
Onlardan bəziləri ölkədə, digərləri isə ölkədən kənarda öz bizneslərini yaradırlar. Şou-biznes əhlindən daha çox müğənnilər müxtəlif bizneslərlə məşğuldur. Onlar qonşu Türkiyədə və Rusiyada öz layihələrini reallaşdırırlar
Beləliklə Open.az Türkiyədə biznesi olan yerli məşhurların siyahısını təqdim edir:
Müğənni Ayan Babakişiyeva artıq uzun müddətdir Türkiyədə yaşayır. Azərbaycandan köçən ifaçı Türkiyədəki biznesini açıqlamaqdan çəkinsə də, bu haqda məlumat vermişdi:
“Orada özüm üçün böyük şirkət açmışam. Düşünürəm ki, uğurlu olacaq. Hamımız kim üçünsə yaşayırıq. Mənim də həyatımdakı o kimsə qızım idi. Qızım üçün yaşayıram”.
İllər öncə Türkiyəyə köçən ifaçı Günel Zeynalova 2016-cı ildə sevgilisi Ozanla birlikdə bir restoran açmışdı. Daha sonra restoranın bağlandığına dair şaiyələr yayıldı. Hazırda ifaçının gözəllik salonu və qızıl-zinət mağazası fəaliyyət göstərir.
İllər öncə Türkiyəyə köçən ifaçı Günel Zeynalova 2016-cı ildə sevgilisi Ozanla birlikdə bir restoran açmışdı. Daha sonra restoranın bağlandığına dair şaiyələr yayıldı. Hazırda ifaçının gözəllik salonu və qızıl-zinət mağazası fəaliyyət göstərir.
Bir zamanlar müğənni olan daha sonra sənəti ataraq iş qadını olaraq çalışan Ruhi Əliyevanın qonşu ölkədə turizm şirkəti fəaliyyət göstərir. Qeyd edək ki, sözügedən şirkətin baş ofisi Bakıda yerləşir.
Müğənnilər Samir Piriyev və Niyam Salami ötən il Türkiyədə bir hotelin təmtəraqlı açılışını etmişdilər. Lakin bir neçə ay sonra tərəflər arasındakı anlaşılmazlığa görə hotel fəaliyyətini dayandırmışdı. Nəticədə iki ifaçı arasında qalmaqal yaranmışdı.
Samir Piriyev və aparıcı Kamran Həsənli də 2016-cı ildə şərikli biznes yaradaraq, hotel açmaq qərarına gəlmişdilər. Lakin daha sonra tərəflər ortada külli miqdarda pul yeyildiyini və saxtakarlığın olmasına görə bir-birini məhkəməyə vermişdilər. Nəticədə layihə başlamadan, sonlanmışdı.
Uzun müddətdir Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan müğənni Rəqsanə İsmayılova da biznesə meyilli xanım ifaçılar arasındadır. O, hazırda Moskvada restoran biznesi ilə məşğuldur.