Səidə prokurorluğa şikayət olunması barədə: "Başa düşmürəm ki, nə məsələdir"

13-02-2019, 13:08           
Səidə prokurorluğa şikayət olunması barədə: "Başa düşmürəm ki, nə məsələdir"
Müğənni Səidə Dadaşova türkiyəli ifaçı Deniz Sekinin onu mahnıya görə prokurorluğa şikayət etməsi ilə bağlı açıqlama verib.

Axşam.az-a danışan ifaçı məsələdən xəbərdar olmadığını söyləyib.

“Qardaş ölkədir prokurorluğa veriblər, canları sağ olsun. Bu haqda heç bir xəbərdarlıq almamışam. İlk dəfə sizin saytdan məlumatı oxudum. Türklər bizim nə qədər mahnımızı oxuyublar, biz heç nə demirik.

Hətta Brilliant Dadaşovanın da neçə mahnısını icazəsiz səsləndiriblər. Bəstəni mənimsəyib, mənimdir deməmişəm ki? Mahnının Deniz Sekiyə aid olduğunu vurğulamışam. Başa düşmürəm ki, nə məsələdir” deyə, Səidə bildirib.
Qeyd edək ki, Deniz Seki İstanbul Prokurorluğuna müraciət edərək Səidə Dadaşovanın ona məxsus “Hayat iki bilet” mahnısını icazəsiz oxuduğunu söyləyib. Prokurorluq isə işə xitam verərək, Dənizin iddiasını mənasız hesab edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.