Raci Şaşmaz “Eşkiya dünyaya hükümdar olmaz”dan qovuldu

13-02-2019, 16:58           
Raci Şaşmaz “Eşkiya dünyaya hükümdar olmaz”dan qovuldu
“Eşkiya dünyaya hükümdar olmaz” serialının prodüseri Raci Şaşmaz serialdan qovulub.
“Ölkə.Az” xəbər verir ki, buna səbəb Racinin maliyyə böhranına səbəb olmasıdır.
Ötən həftə serial yayımlanmadı və yeni seriya dünən axşam yayılıb. Reytinqlərdə zirvədə olan serialın yayımdan yığışdırılması barədə heç bir açıqlama verilməyib və böhranın səbəbi üzə çıxıb. ATV böhrana səbəb olan şəxslə yollarını ayırıb. Kanal serialın prodüserliyini Raci Şaşmazdan alaraq “ATV İç Yapımlar” şirkətinə verib.
İnşaatdakı sərmayələrinə görə böyük maliyyə böhranı yaşayan Raci Şaşmazın uzun müddətdir heyətə ödəmə etmədiyi, 20 seriya nisyə işləyən işçilərin olduğu üzə çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.