Dima Bilan sınıq ayaqla konsert verdi

24-02-2019, 09:05           
Dima Bilan sınıq ayaqla konsert verdi
Ayağımın iki yerdən qırılmasına baxmayaraq, Peterburqdakı konsertdə çıxış etdim.

Kult.az xəbər verir ki, bu sözləri məşhur rusiyalı müğənni Dima Bilan İnstaqram səhifəsində paylaşıb. O qeyd edib ki, buzlu yerdə yıxılıb və xəsarət alıb. Həkimlər əməliyyat təyin etsələr də, o, konsertə görə əməliyyatı ertələyib.

“Cərrahlar qəti şəkildə əleyhinə çıxsalar da, əməliyyat konsertdən sonra olacaq. Və bu qəhrəmanlıq deyil”, - Bilan yazıb.

Müğənni pərəstişkarlarına təşəkkür də edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru