“İran rəsmiləri məni oteldən çıxmağa qoymadılar”

28-02-2019, 10:52           
“İran rəsmiləri məni oteldən çıxmağa qoymadılar”
“2003-cü ildə Zəncan şəhərində stadion konsertinin ikinci günü… Xatırlayırsınızsa, birinci günün görüntüsünü paylaşmışdım. Konsertin ilk günündə insan izdihamını, qarışıqlığı görən İran rəsmiləri mənə oteldən çıxmaq qadağası qoydular. İkinci gün isə konsertimi ləğv etmək qərarına gəldilər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri meyxana ifaçısı Namiq Qaraçuxurlu instaqramda yazıb. O, İrandakı konsertindən qısa görüntü paylaşaraq başına gələn maraqlı əhvalatdan söz açaraq Zəncanda qadağalarla üzləşdiyini qeyd edib:
“Oteldən çıxmaq qadağası ilə razılaşsaq da, konsertin ləğvini heç cür qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar, bizi başa düşdülər. Yalnız bir şərtlə konsertə icazə verdilər: ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəm. Nəzərə alsaq ki, İran adət və ya qanununa görə, səhnədə hətta, qol qaldırıb rəqs etmək qəbahət sayılır, demək, bizim adi saydığımız ən bəsit bir şey orada təhlükə kimi görünə bilər.

Xülasə, ikinci gün konsertimə məhdud sayda insan buraxılsa da, bir neçə dəfə tamaşaçı ilə ünsiyyətə görə xəbərdarlıq aldıq və gördüyünüz görüntüdə isə konsertin sonu gəldi. Sonra isə mənə oralara getmək qadağası ömürlük qoyuldu. İllər sonra, yəni yaxın keçmişdə bu qadağanı ləğv edənlərə dərin təşəkkürümü bildirirəm. Son Tehran konsertimdə isə qadağaların nisbətən azaldığının şahidi oldum. İnşallah, tezliklə bir daha görüşmək ümidilə, əziz bacı və qardaşlar”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.