Şahzadə Diananın zirehli limuzini satışa çıxarılıb

1-03-2019, 08:33           
Şahzadə Diananın zirehli limuzini satışa çıxarılıb
Böyük Britaniya şahzadəsi Diananın zirehli "Rolls-Royce" limuzini, onun ABŞ-a səfər zamanı istifadə etdiyi avtomobili hərraca çıxarılıb.

"Report" xəbər verir ki, avtomobilin 1987-ci ildə 100 mindən az kilometr məsafə qət etməsi barədə elan yerləşdirilib. Nəqliyyat vasitəsi heç vaxt yol qəzasına düşməyib.

Elit avtomobil 264 at gücünə malikdir. Limuzin sürücü ilə əlaqə sistemilə təchiz olunub.

Avtomobilin başlanğıc qiyməti 26 min dollardır.

Diana 1990-cı ildə ABŞ-da bu avtomobildə hərəkət edib.

Daha əvvəl Böyük Britaniyada şahzadə Diananın paltarı hərracda satışa çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru