Yanan uşağın bibisi Xəzər TV-nin qarşısında polislər tərəfindən saxlanıldı - VİDEO

1-03-2019, 08:57           
Yanan uşağın bibisi Xəzər TV-nin qarşısında polislər tərəfindən saxlanıldı - VİDEO
Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələn Fərqanə adlı qadın Xəzər TV-nin qapısının ağzında polislər tərəfindən saxlanılıb.

Sfera.az xəbər verir ki, aparıcının bu gün təqdim etdiyi görüntülərdə onun avtomobilə mindirilərək aparıldığını görürük.

Sözügedən qadın ailə münaqişəsi zəminində yanan 2 yaşlı Anjela Ələkbərovanın bibisidir və o, bu mövzu ilə bağlı efirə dəvət olunmuşdu.

Hidayətqızının sözlərinə görə, Fərqanə 188.3 maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Fərqanə Cinayət Məcəlləsinin 188.3 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ilə ittiham olunur və üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru