Əli “Oskar” aldı...-

1-03-2019, 09:41           
Əli “Oskar” aldı...-
Bu günlərdə tanınmış müsəlman aktyor Əli Maherşala ABŞ kinoakademiyası tərəfindən "Yaşıl kitab” filmində ikinci plandakı roluna görə “Oskar” mükafatına layiq görülüb.

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, həmin nominasiyada Sem Rokuel("Hakimiyyət"), Riçard Qrant(“Siz məni bağışlaya biləcəksinizmi?”), eləcə də Adam Drayver("Qara klançı”) və Sem Elliot ("Ulduz doğuldu") təqdim olunub.

“Oskar” təqdimatından sonra çıxış edən Əli mükafatını onu daim pozitiv, nikbin düşünməyə öyrətmiş nənəsinə həsr etdiyini söyləyib və belə deyib: "Bilirəm ki, onsuz mən burada olmazdım..."

Xatırladaq ki, Əli 2017-ci ilin “Oscar” mükafatlandırma mərasimində “Moonlight” (“Ay işığı”) filmindəki roluna görə mükafat alan ilk müsəlman aktyor kimi tarixə düşüb.

1974-cü ilin 16 fevral tarixində Kalifornuyanın Oklend şəhərində dünyaya gələn aktyorun əsl adı Maxerşalalhaşbaz Gilmore olub. Atası müsəlman, anası xristian olan amerikalı aktyor 1999-cu ildə müsəlmanlığı qəbul edib. Dinini dəyişdirdiyi üçün anası ilə böyük anlaşılmazlıqlar yaşayan aktyor daha sonra etdiyi seçiminin səbəbini anasına izah edərək aralarındakı münasibəti düzəltməyə nail olub.

Əli Maherşalın sözlərinə görə, o, İslamda əsasən müsəlman həyat tərzinə xas olan intizam və şüurluluğu dəyərləndirib.

P.S. Əslində bir müsəlman üçün “Oskar”, “Nobel”-filan kimi mükafatlar o qədər də əhəmiyyət daşımır. Ən böyük mükafat Allahdandır. Ancaq bu kimi faktlar sübut edir ki, müsəlmanlar kafirlərin, allahsızların təlqin etməyə çalışdığı kimi “avam, savadsız və terrorçu” deyillər, onlar bütün sahələrdə uğur qazanmağa qadirdirlər...

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.