Rasim Balayev prezidentlə görüşə dəvət olunmamasından danışdı

2-03-2019, 13:30           
Rasim Balayev prezidentlə görüşə dəvət olunmamasından danışdı
"Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.

Teref.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında ötən gün prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünə dəvət olunmamasına münasibət bildirən Xalq artisti Rasim Balayev deyib.

Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil:

"Məni o görüşə dəvət etməmişdilər. Niyə etməmişdilər, bilmirəm. Açığı, bu barədə fikirləşmirəm də… Mənim hökumətlə nə problemim olasıdır ki..? Keçən il "Şərəf” ordeni ilə təltif edilmişəm. O görüşdə iştirak edənlərin necə seçildiyini bilmirəm. Siyahının nazirlikdə, yoxsa Administrasiyada hazırlandığından məlumatım yoxdur. Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru