İtaliyanın Milan şəhərində "Milan Fashion Week" davam edir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şouda "Moschino" yeni kolleksiyasını təqdim edib. 1960-cı illər ruhunda hazırlanmış kolleksiyanın təqdimatında defileyə Bella Hədid və ötənlərin məşhur supermodeli Sindi Kroufordun qızı Kaya Qerber də çıxmışdılar.