“Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur”

4-03-2019, 10:28           
“Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur”

“Musiqiyə zövq üçün yox, peşəkar olaraq qulaq asıram. Bu gün Azərbaycanda gedən prosesləri nə tənqid, nə də tərif edirəm. Ritmdən çıxan çoxdur. Əlində dəf muğam oxuyur, amma ritmdən xəbəri yoxdur. Özü də Xalq artistidir. Öyrənmək lazımdır”.
Bu sözləri “Natiq” ritm qurupunun rəhbəri, Xalq artisti Natiq Şirinov “X maqazin”ə danışarkən deyib. O, proqramda incəsənət aləmini sərt bir şəkildə tənqid edib. N. Şirinov qeyd edib ki, muğam ifaçılarının əksəriyyəti ritmdən xəbərsizdir:
“Gah bir-birini tərifləyirlər, gah da dalaşırlar. Biri var sənət, biri də var meymunluq, söz-söhbət şousu...Kimisi maşınını, kimisi də evini göstərir. Elə ifaçı var ki, muğam oxuyur, görür ki, əl çalan yoxdur. Zilə qalxır, qışqırmağa başlayır. İnsanlar onun qışqırmağını alqışlayır. Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur. Evinin soyuducusu dolsun deyə mahnı yazan insanlar var. Ayıbdır, Allah onları bu dövlətdən silsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru