Xalq artistinin nəticəsi enerji içkisindən ölüb? - Açıqlama

4-03-2019, 13:00           
Xalq artistinin nəticəsi enerji içkisindən ölüb? - Açıqlama
Enerji içkisindən dünyasını dəyişdiyi deyilən Aydan Vəliyeva korifey sənətkar, SSRİ xalq artisti Bülbülün nəticəsidir.
Bu barədə Kult.az-a mərhum Aydan Vəliyevanın yaxınları məlumat veriblər.
Onlar bildiriblər ki, A.Vəliyeva talassemiya xəstəliyindən vəfat edib və onun həddindən artıq enerji içkisi qəbul etdiyi üçün vəfat etməsi haqda yayılan məlumatlar əsassızdır:
“Xahiş edirik, bu ağrılı günümüzdə yalan xəbərlər yaymasınlar. Ətrafımızdakı hər kəs bilir ki, Aydan talassemiya xəstəliyindən əziyyət çəkirdi”.
26 yaşlı A.Vəliyeva böyük sənətkar Bülbülün oğlu Çingiz Bülbüloğlunun qız nəvəsi olub.
Aydan Vəliyeva həmçinin “Azərkitab”ın əməkdaşı kimi fəaliyyət göstərirdi.
Qeyd edək ki, bundan əvvəl Yenicag.az saytı Aydan Vəliyevanın enerji içkilərindən çox istifadə etməsi nəticəsində komaya düşdüyünü, martın 2-də isə dünyasını dəyişdiyini yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru