Faiq Ağayevlə küsülü olduğu həmkarı arasında GƏRGİNLİK: Flora Kərimova ayağa durmadı

5-03-2019, 11:17           
Faiq Ağayevlə küsülü olduğu həmkarı arasında GƏRGİNLİK: Flora Kərimova ayağa durmadı
Xalq artistləri Flora Kərimova ilə Faiq Ağayev arasında yenidən gərginlik yaşanıb.
Publika.az xəbər verir ki, dünən Bulvar Hoteldə “Golden People Awards” mükafatlarının təqdimetmə mərasimi baş tutub. Tədbirdə çıxış edən Faiq Ağayev 2018-ci ildə dünyasını dəyişən görkəmli incəsənət xadimlərini yada salıb. O, Xalq artistləri Fuad Poladov, Amaliya Pənahova və Zərnigar Ağakişiyevanın xatirəsini yad edərək onlar üçün alqış istəyib.
“2018-ci il əfsus ki, aramızdan Fuad Poladov, Amaliya Pənahova, Zərnigar Ağakişiyeva kimi nəhəngləri apardı. Rica edirəm ki, onları ayaqüstə alqışla anaq”.
F. Ağayevin çıxışından sonra zalda əyləşən hər kəs ayağa qalxaraq alqışlamağa başlayıb, lakin Xalq artisti Flora Kərimova illərdir küsülü həmkarının xahişini yerinə yetirməyib. O, Faiq Ağayevin çıxışına heç bir reaksiya verməyərək ayağa qalxmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru