Nazir “Bakılı oğlanlar”a qoyulan qadağadan danışdı: “Müdaxilə edə bilmərəm”

5-03-2019, 15:55           
Nazir “Bakılı oğlanlar”a qoyulan qadağadan danışdı: “Müdaxilə edə bilmərəm”
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə görüş keçirib.

Mətbuat konfransı prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət nümayəndələri ilə görüş zamanı müzakirə olunan məsələlərə həsr olunub.

Nazir bildirib ki, görüşdən sonra prezidentin ilk sərəncamı kinematoqrafiya ilə bağlı olub: "İkinci sərəncam isə teatrla bağlıdır. Heç bir xalq mədəniyyətsiz yaşaya bilməz".

Ə.Qarayev Tahir imanovun bütün konsertlərinin təşkili dövlət tərəfindən həyata keçirildiyini bildirib: "Onların narazılığı dövlətdən yox, özəl şirkətlərdən idi. Apreldə isə Heydər Əliyev sarayında konsertləri olacaq. Özəl kanalların fəaliyyətinə birbaşa müdaxilə edib hansısa tapşırıq verə bilmərəm. Mən onlara tövsiyə, məsləhət verə bilərəm. Ötən günlərdə onların yeni filminin təqdimatı oldu".

O qeyd edib ki, kinematoqrafiya sahəsilə bağlı bir neçə layihə müzakirə olunur və kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq: "Yeni teatr iderəetmə sisteminin formalaşdırılması üçün aparıcı teatrlara əlavə vəsait ayrılacaq. Yaradıcı proses dayanmamalı və işlər sistemli xarakter almalıdır. Bəzi qanunlara əsaslanan mövcud sistem daha müasir əsasda qurulmalıdır".

Nazirin sözlərinə görə, Cəfər Cabbarlının ev muzeyinin binası dövlətə aid deyil: "Bina ailəsi tərəfindən özəlləşdirilib. Ona görə onlar evi özəlləşdirəndə biz müdaxilə edə bilmədik. 2010-cu ildə oranın vəziyyəti pisləşdi və muzeyin bütün əsas sənədləri teatr muzeyinə köçürüldü. Cəfər Cabbarlının ev muzeyi yenidən tikiləcək. Həmçinin Şamaxıda Mirzə Ələkbər Sabirin ev muzeyi yenidən təmir olunur. Bu il açılışı gözlənilir. Mikayıl Müşfiqin muzeyində müəyyən işlər görülür. Söhbət Xızıda olan muzeydən gedir. DNT və təhqiqat işləri aparılır". (Open.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.