DNT nəticəsi açıqlandı: Ayşən Dəryanın övladı deyil?

7-03-2019, 10:10           
DNT nəticəsi açıqlandı: Ayşən Dəryanın övladı deyil?
Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT (atalıq testi) analizinin nəticəsi bəlli olub.
Kult.az xəbər verir ki, Zaur Baxşəliyev nəticəni "Bizimləsən" verilişində oxuyub. Bildirilib ki, atalıq testi zamanı ümumilikdə 15 genə baxılır. Əgər 15 genin hamısı uyğunluq təşkil edərsə, atalıq təsdiqlənə bilər. Lakin Ayşənlə bağlı 15 gendən yalnız 12-də uyğunluq tapılıb. Bu nəticə isə Ayşənin Hüseyn Dəryanın qızı olduğunu tam təsdiqləməyə və ya inkar etməyə əsas vermir.
Tam nəticə üçün Hüseyn Dəryanın özündən qan nümunələri götürülməli idi. H.Dərya həyatda olmadığından, müayinə üçün lazım olan nümunə mərhum reperin bacısı Ofeliya Muradovadan götürülüb.
İndiki halda isə H.Dəryanın həyat yoldaşı Sona xanımdan və oğlu Cahangirdən nümunələr götürülməli, Cahangirin atasından aldığı genləri müəyyənləşdirməli və sonra Ayşənin DNT nəticələri ilə müqayisə aparılmalıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru