Azərbaycanlı reperlə bağlı xəbər yalan çıxdı - Yeniləndi

10-03-2019, 20:57           
Azərbaycanlı reperlə bağlı xəbər yalan çıxdı - Yeniləndi
“Bahh Tee" adı ilə məşhur olan azərbaycanlı reper Bəxtiyar Əliyevin Moskvada yaşadığı mənzilindən oğurluq edilib.

Kult.az xəbər verir ki, məlumata görə, evin açarını əldə edərək sərbəst şəkildə içəri daxil olan oğrular evdən ümumilikdə 4.2 milyon rubl götürüblər.

Faktla bağlı cinayət işi açılıb.

***

İfaçının evinin qarət edilməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.

Bu barədə Rusiyanın “Komsomolskaya Pravda” qəzeti reperin konsert direktoru Vladimirə istinadən məlumat yayıb.

“Həmişəki kimi qarışdırıblar. Yazırlar ki, Bəxtiyar Veernoyda ev kirayələyib. Bu, belə deyil. Heç kim onun evindən milyonları oğurlamayıb”, - deyə Vladimir bildirib.

O qeyd edib ki, evi oğurlanan şəxs Bəxtiyarın dostudur və məşhur artistlərdən biridir:

“Onun adını açıqlaya bilməyəcəyəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.