Zaur müğənnilərin adına saxta sənəd çıxardı - Yalanın üstü efirdə açıldı - FOTO

11-03-2019, 15:19           
Zaur müğənnilərin adına saxta sənəd çıxardı - Yalanın üstü efirdə açıldı - FOTO
Aparıcı Zaur Kamal yeni layihəsi ilə tamaşaçıların qarşısına çıxıb.

7News.Az xəbər verir ki, onun qonağı əkiz bacılar olublar.

Aparıcı Zaur Kamal Sevil-Sevinc arasında 1 il fərq olduğunu "Bildiyimə görə, siz əkiz deyilsiniz. Aranızda bir il fərqiniz var, istəsəniz göstərə bilərik. Bir yerə sənəd verərkən bu fakt ortaya çıxıb" sözləri ilə bildirərək, bacıların şəxsiyyətlərini təsdiq edən sənəd olduğunu iddia etdiyi şəxsiyyət vəsiqəsini efirdə göstərib.



Aparıcının bu iddiasına bacılar "Anam deyir ki, bir yumurta əkizisiniz. Bu nətəri olur?! Bu nədir, haradan tapmısınız bilmirəm. Bizim aramızda 2 dəqiqə fərq var. Onu kim edib, necə edib bilmirəm. Yəqin ki, saxtadır. Amma öz sənədlərim üstümdədir" cavabını veriblər. Sonra bacılar çantalarndan şəxsiyyət vəsiqələrini çıxarıb aparıcıya təqdim ediblər:




Sənədlərə baxan Zaur, onları efirdə göstərərək "Eyni gündə, eyni ildə doğulublar" ifadəsini işlədərək özü yaymağa başladığı şayiəyə özü də son qoyub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.