Maykl Ceksonun qızı uğursuz intihara cəhddən sonra xəstəxanaya yerləşdirilib

17-03-2019, 08:48           
Maykl Ceksonun qızı uğursuz intihara cəhddən sonra xəstəxanaya yerləşdirilib
Pop-musiqisinin kralı hesab edilən mərhum Maykl Ceksonun qızı Peris Cekson intihara cəhd edib.

"Report" xəbər verir ki, bu barədə TASS TMZ nəşrinə istinadən xəbər verib.

Bildirilir ki, o, intihara cəhddən sonra xəstəxanaya yerləşdirilib.

Nəşrin mənbələrinin sözlərinə görə, polis və təcili yardımın əməkdaşları səhər Peris Ceksonun Los-Ancelesdəki (Kaliforniya ştatı) evinə gəliblər. Hazırda o, xəstəxanadadır.

Həkimlər yaralının vəziyyətini sabit kimi qiymətləndirir.

Daha əvvəl pop-musiqisinin kralı hesab edilən mərhum Maykl Ceksonun ailəsi NBO telekanalına qarşı 100 milyon dollarlıq iddia qaldırıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru