Realiti-şou ulduzu meşədə ölü tapıldı

17-03-2019, 12:12           
Realiti-şou ulduzu meşədə ölü tapıldı
Britaniyada realiti-şounun iştirakçısı, keçmiş futbolçu Mayk Talassitis ölü tapılıb.
“Mirror” qəzetinin yazdığına görə, Talassitisin meyiti yaşadığı evin yaxınlığında meşədə aşkar olunub.

Onun 26 yaşı var idi. Talassitisin ölüm səbəbi açıqlanmır.

Bildirilir ki, vaxtilə Talassitis Kipr Respublikasının futbol üzrə U-21 yığmasında oynayıb. Lakin ona məşhurluğu futbol deyil, 2017-ci ildə “Sevgi adası” adlı realiti-şouda iştirakı gətirib. (Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru