Tanınmış azərbaycanlı müğənni məşhur restoranda zəhərləndi

20-03-2019, 21:05           
Tanınmış azərbaycanlı müğənni məşhur restoranda zəhərləndi
Müğənni Elmira (Emma) Ələkbərzadə getdiyi restoranda zəhərlənib. Bu haqda sənətçi öz feysbuk hesabında məlumat yayıb.

O, Bayıl ərazisində yerləşən “Riviera” restoranında salat yedikdən sonra halının pis olduğunu, qida zəhərlənməsi yaşadığını bildirib: “Bayılda “Riviera” restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər”. Ələkbərzadə “Riviera”ya getməmək üçün hər kəsə çağırış edib, bayram tətilindən sonra məkana gedərək məsələni aydınlaşdıracağını deyib.

//qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru