Elməddin Acunun kanalında hər kəsi qəhqəhəyə boğdu

23-03-2019, 20:37           
Elməddin Acunun kanalında hər kəsi qəhqəhəyə boğdu
Elməddin Cəfərov Acun Ilıcalının kanalında yayımlanan "Eser Yenenler Show " proqramının dünənki buraxılışında iştirak edib.
UlduzumSan.Az Publika.az-a istinadən xəbər verir ki, həmyerlimiz Türkiyə və Azərbaycanın birgə istehsalı olan "Çat kapı aşk" komediya filmində rol alıb. Bu münasibətlə bir neçə həftə əvvəl filmin Bakıda da təqdimat mərasimi baş tutmuşdu. Ekran işində baş rolları Müge Boz və Jess Molho ifa edib. Jess Molho viza məsələlərində yaranmış problemlərdən dolayı Bakıda keçirilən təqdimat mərasimində iştirak edə bilməsə də, Müge Boz Azərbaycana gəlmişdi. İndi filmin Türkiyədə piar kompaniyasına start verilib.
Elməddin Cəfərov filmin baş rol qəhrəmanları ilə birlikdə məşhur aparıcı Eser Yenenlerin TV8 kanalında yayımlanan verilişində qonaq olub. Azərbaycanlı aktyor zarafatları ilə bütün tamaşaçıları qəhqəhələrə boğub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru