"Afət Fərmanqızını efirə buraxanlardadır günah" - Rasim Balayev

25-03-2019, 20:23           
"Afət Fərmanqızını efirə buraxanlardadır günah" - Rasim Balayev
Xalq artisti Rasim Balayev müğənni Afət Fərmanqızının onu və həmkarı Flora Kərimovanın təhqir etməsinə cavab verib.

Rasim Balayev açıqlamasında Afət Fərmanqızını "virus" adlandırıb:

"Bunlar adam deyillər, virusdur, bakteriyadır. Belə baxanda əcəb edir. Onu efirə buraxanlardadır günah! Onda təqsir yoxdur. Təqsir onu himayə edənlərdə, efirə buraxanlardadır. Belə adamı nə saytlara, nə də efirlərə buraxmaq olmaz. Mən bunu dəfələrlə demişəm. Ancaq çox təəssüf ki, mənim fikrlərimi sayan yoxdur. Telekanal efirlərində özbaşınalıq və yiyəsizlik baş alıb gedir. Efirləri açıq qapıya döndəriblər. Kimi gəldi ora buraxırlar. Ona görə də bunlar bu qədər qürrələnir".

Xalq artisti Afət Fərmanqızı kimi şəxslərin efirə buraxılmasına görə telekanal rəhbərlərini günahlandırıb:

"Günah onları efirə buraxan telekanalların rəhbərlərindədir. Sizə bir misal çəkim. Bu yaxınlarda məni telekanallardan birində yayımlanan verilişə çağırmışdılar. Mən onlara etirazımı bildirdim. Dedim ki, mən sizin telekanala gəlmək istəmirəm. Çünki orada çox səviyyəsiz verilişlər verirlər. Həmin adam mənə dedi ki, onların verilişə dəvət edilməsi bizlik deyil, həmin verilişləri prodakşınlar aldığı üçün onları da efirə prodakşın çağırır və sairə. Yəni, bugünki biabırçı reallıq budur. Bu qədər səviyyəsizlik olmaz! Efirlərdə yayımlanan verilişləri prodakşın alır və nə istəyirsə, onu da edir. Axı bu nə qanundur? Efir bu cür yiyəsiz qalıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.