Meyxanaçının oğlu atasının ölüm xəbərinə aydınlıq gətirdi - "Ayıbdır"

27-03-2019, 11:48           
Meyxanaçının oğlu atasının ölüm xəbərinə aydınlıq gətirdi - "Ayıbdır"
“Bu bayramda yenə atamın ölüm xəbərini yaydılar”.
Bunu AzNews.az-a uzun zamandır xəstə yatağında olan meyxanaçı Kərim Novruzovun oğlu Kamil Novruzov bildirib.
O, qeyd edib ki, meyxanaçının ölümü ilə bağlı yayılan məlumatların heç biri həqiqəti əks etdirmir:
“İki-üç gün bundan öncə telefonlarım susmadı, zəng-zəngə calandı. Ayıbdır, adam belə məlumatları bir dəqiqləşdirər, sonra yazar. Axı hər bir insanın ailəsi, yaxınları var. Onlara stres yaşatmaq kimə nə verir? Atamın səhhəti çox yaxşıdır, yeriyir, danışıq qabiliyyəti bərpa olunub. Ayın sonu yenə müayinədən keçəcək”.
Kamil Novruzov vurğulayıb ki, meyxanaçı Kərimin səhnəyə qayıtması öz istəyinə bağlıdır: “Mən atamla bu barədə danışmışam. O, bununla bağlı özünün qərar verəcəyini dedi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru