Azərbaycanlı aktyorun çəkildiyi filmdə böhran

31-03-2019, 10:17           
Azərbaycanlı aktyorun çəkildiyi filmdə böhran
Azərbaycanlı aktyor Kənan Mahmudovun rol aldığı "Savaşçı” serialının maliyyə problemləri ilə üzləşdiyi deyilir.

Publika.az xəbər verir ki, ekran işinin Eskişehirdəki çəkilişi zamanı problem yaranıb və çəkiliş dayandırılıb. Buna səbəb maliyyə məsələləri olub. Bəzi aktyor və işçilər pulları ödənilmədiyi üçün əməkdaşlığı dayandırıb. Onlar sosial şəbəkədə şikayət məktubu yayıblar.

Mövzu ilə bağlı Kənan Mahmudovla əlaqə saxladıq. O, bildirib ki, xəbərlər əsassızdır: "30 martda Türkiyədə bələdiyyə seçkiləri var deyə serial bu gün yayımlanmayacaq. Bu qədər, başqa hər hansı problem yoxdur".

Qeyd edək ki, serialda Berk Oktay, Murad Serezli, Sarp Levendoğlu və Yıldız Çağrı Atiksoyla yanaşı azərbaycanlı rejissor Kənan M.M. də çəkilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru