“Nişanlımı yoldan çıxaran kişi axtarıram” – Milyonçudan şok elan

10-08-2019, 09:14           
“Nişanlımı yoldan çıxaran kişi axtarıram” – Milyonçudan şok elan
Adını açıqlamaq istəməyən bir ingilis milyonçu nişanlısının sədaqətini təsdiq edə biləcək kişi axtardığını bildirib.

Teleqraf.com xəbər verir ki, milyonçu iş adamı nişanlısını yoldan çıxarana pul mükafatı verəcəyini bildirib.

Qadının sədaqətindən şübhələnən iş adamını bu addımı atmağa məcbur edən məsələ nişanlısının toy məsələsində tələskən olması və boşanacaqları halda ondan təzminat istəməyəcəyi iddiası olub.

Uzun müddətdir istədiyi kimi eşq yaşaya bilmədiyini iddia edən milyonçu daha əvvəl sırf pulgir qadınlarla birlikdə olduğunu, bu səbəbdən nişanlısının niyyətində səmimi olub-olmadığını yoxlamaq qərarına gəldiyini vurğulayıb.

O, nişanlısını yoldan çıxaracaq adama 15 min funt-sterlinq nağd pul, ev və bahalı avtomobil hədiyyə edəcəyi vədini verib.

Elan sahibi bu tapşırığı yerinə yetirəcək kişinin fiziki görünüşünün yaraşıqlı olmasının vacib olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru