İtalyan astronavtı kosmosdan konsert verəcək

13-08-2019, 07:33           
İtalyan astronavtı kosmosdan konsert verəcək
İtaliyalı astronavt Luka Parmitano ilk "kosmik DJ" olacaq: o, Yer orbitində elektron musiqi həvəskarları qarşısında çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinə (EKA) istinadən "RİA Novosti" agentliyi bildirib.

Konsert bu gün - avqustun 13-də silsilə "BigCityBeats World Club Dome Cruise Edition" çərçivəsində baş tutacaq. Astronavt Beynəlxalq Kosmik stansiyada "Columbus" modulundan çıxış edəcək.

Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. Bu, italyanın kosmosa artıq ikinci uçuşudur.

Daha əvvəl Amerika astronavtları günəş panelləri akkumulyatorlarının yenisi ilə əvəzlənməsi üçün Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən fəzaya çıxışı başa çatdırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru