“Getsin, öz işi ilə məşğul olsun” – Fədayədən Tacirlə bağlı açıqlama

6-11-2019, 11:16           
“Getsin, öz işi ilə məşğul olsun” – Fədayədən Tacirlə bağlı açıqlama
Zaur Kamal "5/5" verilişinin efirində yenicə azadlığa çıxan Fədayə Laçınla telefon bağlantısı yaradıb.
“Yeni Sabah” xəbər verir ki, xanımifaçı həmkarı Tacir Şahmalıoğlu ilə duet söz-söhbətinə aydınlıq gətirib:

“Belə eşitdim ki, paylaşıblar ki, mən rədd cavabı vermişəm. "Rədd cavabı" sərt səslənir. Mən elə deməmişəm. Mən demişəm ki, biz həmişə, onsuz da, toylarda, çəkilişlərdə duet oxuyuruq da. Mən dedim ki, onunla bir daha duet lentə aldırmaq, duet ortağı kimi onunla çalışmaq fikrim yoxdur. Rədd cavabı başqa şeydir. Rədd cavabı o deməkdir ki, getsin, öz işi ilə məşğul olsun. Mən elə deməmişəm”.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru