Ancelina Coli ABŞ-ı tərk edəcək

6-11-2019, 19:14           
Ancelina Coli ABŞ-ı tərk edəcək
Məhşur Hollivud ulduzu Ancelina Coli ABŞ-ı tərk etməyi planlaşdırır.

Bu barədə o, Harper's Bazaar jurnalına müsahibə verib.

Uşaqları yetkinlik yaşına çatmadığına görə Coli bu planı hələlik təxirə salıb:

“Övladlarım 18 yaşına çatan kimi başqa ölkəyə köçəcəyəm. Amma onlar böyüyənə qədər atalarının yanında qalmalıyam”.

Aktrisa hansı ölkəyə köçəcəyi barədə dəqiq bir söz deməsə də, Afrikada yaşamağın onun üçün həmişə maraqlı olduğunu bildirib.

Xatırladaq ki, Coli iki illik evlilikdən sonra, 2016-cı ildə Bred Pittdən ayrılıb. Onların 6 övladı var. Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru