Rekord qazanan filmin aktyoru saxlanıldı - VİDEO

11-01-2020, 19:53           
Rekord qazanan filmin aktyoru saxlanıldı - VİDEO
“Coker” filminin baş rol ifaçısı amerikalı aktyor Hoakin Feniks saxlanılıb. Bu barədə CNN telekanalı xəbər yayıb.

Bildirilir ki, aktyor iqlim dəyişikliklərinə etiraz aksiyası zamanı tutulub. Bununla bağlı yayımlanan kadrlarda onun hüquq mühafizəçiləri tərəfindən aparılması görüntülənib.

Fenikslə birlikdə amerikalı aktyor və kinorejissor Martin Şin də saxlanılıb.

Qeyd edək ki, Hoakin Feniks “Coker” roluna görə “dramatik kinoda ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus” mükafatını alıb.

“Coker” filmi dünya prokatlarında bir milyard dollar toplayıb ki, bu da böyük reytinqli filmlər üçün mütləq rekord sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru