Məşhur erməni rok ifaçısı həqiqəti dedi, sonra dediyini........

4-04-2020, 11:58           
Məşhur erməni rok ifaçısı həqiqəti dedi, sonra dediyini........
Dünyaca məşhur rok musiqiçisi və “System of a down” qrupunun erməni solisti Serj Tankyan Twitter sosial şəbəkəsindəki bloqunda hesabının dağıldığını və onun adından qeyd paylandığını yazıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, müğənni bəyan edib ki, bu müddət ərzində paylanmış qeydlərə diqqət yetirməyiniz lazım deyil.

Bundan əvvəl Tankyanın hesabından “Dağlıq Qarabağ Azərbaycanlıları İcması” adlı bir nümayəndədən tvit paylanıb.

Bu giriş martın 31-də baş verən Qarabağ “seçkiləri”nə aid idi.

Bu yazını Serj Tankyanın adından paylaşdıqdan sonra Azərbaycan mətbuatında “erməni müğənni Dağlıq Qarabağın azərbaycanlı icmasını dəstəkləyir” başlığı ilə qeydlər çıxmağa başlayıb.

Tankyan bu təxribatın azərbaycanlılar tərəfindən yaxşı planlaşdırıldığını və müğənninin fikirləri ilə heç bir əlaqəsi olmadığını bildirib.

Haşiyə: Ermənilərin Qarabağda yaşayan azərbaycanlıları, ümumiyyətlə, bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi ilk hal deyil. Hətta belə ermənilərin çoxu qorxularından Ermənistanı tərk edərək xaricə sığınıblar. İndi də bu addımı Serj adlı musiqiçi atıb və tank kimi 31 mart azərbaycanlıların soyqırımı günü ermənilərin üzərindən keçib.

Sonda isə qorxusundan etdiklərini boynuna almayıb. Tank soyadını daşıyan bir şəxs gərək erməni ordusunun tabeliyində olan köhnə rus tanklarından qorxmayaydı. Onsuz da bu işə yaramayacaqdı. Aprel müharibəsində bunun canlı şahidi olduq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.