“Kobra Pərviz” “Survivor”dan uzaqlaşdırıldı - Video

8-04-2020, 06:30           
“Kobra Pərviz” “Survivor”dan uzaqlaşdırıldı  - Video
Türkiyədə, eləcə də Azərbaycanda maraqla izlənilən “Survivor” yarışmasını bu dəfə idmançı Pərviz Abdullayev tərk edib.

Yenisabah.az xəbər verir ki, səs vermə nəticəsində adı çəkilən kikboks üzrə 6 qat dünya çempionu yarışmanı uduzub.

“Məşhurlar” komandasının iştirakçısı olan həmyerlimiz SMS səsverməsində 6-cı yerdə qərarlaşaraq yarışmadan uzaqlaşdırılıb.

Qeyd edək ki, yarışmanı tərk edən iştirakçılar adadan ölkələrinə geri dönə bilmirlər. Buna səbəb koronavirusun yayılmasının qarşısını almaq üçün Dominikan Respublikasının sərhədi bağlamasıdır. Pərvizin nə vaxt Azərbaycana qayıdacağı isə bəlli deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru