“Çiy insan xam hərəkət edər” – Bu ulduzu qınadılar

11-04-2020, 11:09           
“Çiy insan xam hərəkət edər” –
Türkiyəli müğənni Demet Akalın və Gökhan Özenin 2012-ci ildəki dueti son günlər rəqəmsal musiqi platformalarında təkrar gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, illər sonra "Yıkıl Karşımdan" mahnısına göstərilən diqqətdən təəccüblənən Demet Akalın bununla bağlı paylaşım edərək "8 il əvvəlki mahnım yenidən partlayış edib" yazıb.

Lakin bu hadisə Gökhan Özeni olduqca əsəbiləşdirir. Los-Ancelesdə yaşayan Özen reaksiyasını "Instagram-da göstərib: "Bu mahnının sözləri, musiqisi, aranjımanının yəqin özü etdiyini dünür. Duet jestimi də bir anlıq yadından çıxarmış ola bilər. Biz də mahnısını təbrik edirik. Bir daha qapıma mahnı üçün gəlməsin. Çiy insan xam hərəkət edər. Bu qədər mahnı yazdım, istədi deyə öz layihələrimi dayandırıb duet elədim, kliplər çəkdik. Bu məsələ mənim üçün bağlandı".

Qeyd edək ki, Demet Akalın "İlahi Adalet", "Nazar", "Yeminim var", "Özüme döndüm" kimi mahnıları da Gökhan Özendən alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru