Məişət zorakılığı qurbanlarına 2 milyon bağışladı

12-04-2020, 09:35           
Məişət zorakılığı qurbanlarına 2 milyon bağışladı
Koronavirus pandemiyası və özünütəcrid rejimi zamanı məişət zorakılığı qurbanlarının sayı bütün dünyada nəzərəçarpacaq dərəcədə artıb.

32 yaşlı müğənni Rihanna bu çətin vəziyyətlə üzləşən insanlara yardım məqsədi ilə "Mayor's Fund for Los Angeles" fonduna 2,1 milyon dollar (təxminən 3 milyon 570 min manat) yardım göndərib.

Göndərilən iana məişət zorakılığına məruz qalmış şəxslərin 10 həftəlik yardımına xərclənək.

Qeyd edək ki, bir müddət əvvəl Rihannanın 66 yaşlı atası Ronald Fenti də koronavirusa yoluxmuşdu. Xəbəri eşidən ulduz dərhal ona ağ ciyərlərin süni ventilyasiyası aparatını almışdı.

Sənətçi koronavirusla mübarizə üçün isə 5 milyon dollar pul bağışlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru