“Çiynimdə kartof daşıyıb pul qazanmışam” – Ədalət Şükürov + Video

14-04-2020, 12:16           
“Çiynimdə kartof daşıyıb pul qazanmışam” – Ədalət Şükürov + Video
Əməkdar artist Ədalət Şükürov qalmaqallı fikirləri barədə açıqlama verib.

Yenisabah.az xəbər verir ki, müğənni sosial şəbəkələrdə onu insanlara yardım etmədiyinə görə qınayanlara sərt cavab verib:

"Utanıram o insanların yerinə. Sənin əlin-qolun var, kişisən. İş yoxdur bir az dözək. Dünyada heç kimin işi yoxdu. Deyirlər ki, xalqın pulunu yeyib. Mən heç kimin pulunu yeməmişəm. Deyirlər, keçmişini danır. Mən keçmişimi danmıram. Mən fəxr eləmişəm ki, belimdə kartof daşıyıb pul qazanmışam. O vaxt imkan yox idi, indi var. Kimə nə lazımdı köməklik etmişəm. Mənə ağıl öyrətmək lazım deyil! Mən sizin çoxunuzdan ağıllıyam. Hamı ağlayır. Pulu olan da, olmayan da"













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.