"Başımıza nə gələcəksə, gözləyirik..." - Xalq artistindən koronavirus həyəcanı

14-04-2020, 14:37           
"Başımıza nə gələcəksə, gözləyirik..." - Xalq artistindən koronavirus həyəcanı
Xalq artisti Brilliant Dadaşova maraqlı açıqlamaları ilə gündəmə gəlib.

BiG.AZ xəbər verir ki, xalq artisti instaqram hesabında canlı yayım zamanı karantin rejimi ilə bağlı imkansızlara edilən yardımlardan və koronavirus həyəcanından danışıb:

"Milyonlarla tənbəl insanlar var, fikirləşir ki, mən oturum, Allahdan buyruq, ağzıma quyruq. Amma indi bizim düşdüyümüz vəziyyət ki var, dünya dağılırmı, qurulurmu və yaxud yenidən qurulur. Bunu heç kim bilmir. Nə dəyişiklik olacaq, heç kim bilmir. Biz sadəcə dövlət başçımızın məsləhəti ilə hərəkət edirik. Bilmədiyimiz çox şey ola bilər. Öz yaxşılığımız üçün nə məsləhətdi, onu da etməliyik. Başımıza nə gələcəksə, hamımız gözləyirik. İnternetdə minlərlə səslər yayılır. Mən ailəmə də deyirəm ki, onlara qulaq asmasınlar. Mən heç qula asmadan elə mesajları silirəm. Hərənin ağzından bir avaz gəlir. Köməyə gələndə isə. Mən təkcə bu vəziyyətlə əlaqəli deyil, həmişə imkansızlara yardım etmişəm. Baxmayaraq ki, öz ailəm də o qədər balaca deyil. Yəni bizim ailə elə yoldaşım, oğlum və məndən ibarət deyil. Qohumlarımız da var. Mənə heç demək lazım deyil ki, filan adamın paltosu yoxdu, kiminsə evində çıraq yoxdu, kiminsə ərzağa ehtiyacı var. Hər şeyi fikirləşirəm. Mənə müraciət edənlərə də Ədalət müəllimin sürücüsündən hansısa ünvanlara yardım göndərmişəm. Hətta Ədalət müəllim mənə deyir "sənin əlindən mən sürücümü yerində tapmıram". Yəni bu karantin olmamışdan da mən kömək istəyənlərə il boyu yardım etmişəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.