Bakıda qəzada ölən müğənnidir - YENİ FAKT

16-04-2020, 10:52           
Bakıda qəzada ölən müğənnidir - YENİ FAKT
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Müşərrəf Zeynalova barədə yeni faktlar məlum olub.
Lent.az -ın əldə etdiyi məlumata görə, M. Zeynalova "Banu" adıyla müğənnilik edirmiş. Özünə yeni səhnə adı seçən ifaçı 3 gün öncə yeni mahnısını instaqram səhifəsində paylaşıb.
***
21:40
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.
32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Opel” markalı minik avtomobili vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerindən dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru