Dünya bu toydan danışır: 30 qonaqdan 7-i ...

20-04-2020, 00:00           
Dünya bu toydan danışır: 30 qonaqdan 7-i ...
Avstraliyalı cütlüyün toyu səs-küyə səbəb olub.

Bizimxeber.az xəbər verir ki, 20 martda Balidə baş tutan toyda 30 nəfərin iştirakı koronavirusa yoluxmaya yol açıb.

Bal ayından qayıdan evlilər 14 gün karantində saxlanılıb. Onlarda virus aşkarlanmayıb. Lakin toyda iştirak edənlərdən 7-nin koronaya yoluxduğu məlum olub.

Gəlinin toydan foto paylaşımı sosial şəbəkə istifadəçilərini özündən çıxarıb.

Paylaşıma "cəhalət, eqoist insanlar virusu Avstraliyaya geri gətirdi" deyə şərhlər yazılıb.

Avstraliyada koronavirusdan 72 ölüm faktı qeydə alınıb, son 24 saatda 3 xəstə ölüb. 420 minə yaxın testin edildiyi ölkədə COVID-19-a yoluxanların sayı 6 min 606 nəfərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru