"Pul qabının ağzını aç" - məşhurlar yeni trendə qoşuldular

20-04-2020, 11:26           
"Pul qabının ağzını aç" - məşhurlar yeni trendə qoşuldular
Müğənni Sevda Yəhyayeva sosial media hesabında paylaşdığı video ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, karantin müddətində müxtəlif postlar paylaşaraq, asudə vaxtlarını izləyiciləri ilə keçirən məşhurlar yeni trendlərə qoşulmaları ilə də diqqət çəkirlər. Müğənnilər bir müddət əvvəl hər kəsin dilinə düşən və geniş müzakirələrə səbəb olan sabun ötürmə trendini yenisi ilə əvəzləyiblər. Belə ki, yeni trenddə məşhurlar bir-birinə pul qabı ötürərək içinə pul qoyub ehtiyacı olan insanlara yardım edirlər.

Gənc müğənni Sevda Yəhyayva sözügedən videoya geniş şərh yazıb.

"Əziz izləyicilərimiz, hazırda koronavirus pandemiyası səbəbindən yardıma ehtiyacı olan insanlar var. Bizə müraciət edən ailələrə maddi dəstək məqsədi ilə, dostlarımızla bərabər yeni bir trendə başladıq.Toplanan məbləğlə onlara ərzaq, dərman və sair yardımlar göstəriləcək. Pul qabının ağzını aç və yaşananlara biganə qalma! Biz birlikdə güclüyük.
P.S Qeyd edək ki, bu video simvolik olaraq çağırış mənasını daşıyır".

Bu paylaşım izləyicilər tərəfindən təqdirəlayiq qiymətləndirilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.